Dünya

Pakistan paytaxtında naməlum silahlılar hücum edib, iki polis ölüb

Pakistanın paytaxtı İslamabadda naməlum şəxslərin hücumu nəticəsində iki polis əməkdaşı ölüb.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Şeyx Raşid Əhməd açıqlama yayıb.
Onun sözlərinə görə, İslamabadda terrorçuların fəaliyyəti artıb: “İyunun 4-də gecə saatlarında iki polis əməkdaşı şəhid olub. 2018-ci ildən indiyədək paytaxtda 9 polis əməkdaşı şəhid edilib”.
Nazir bildirib ki, Əfqanıstanla sərhəddə hücumların qarşısını almaq məqsədi ilə hörülən divarın böyük qismin işlər tamamlanıb: “İşlərin az bir hissəsi yaxın 2 ayda başa çatacaq”.
O, Pakistanla İran sərhədində də divar hörülməsinin bir ilə başa çatacağını qeyd edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button