Gündəm

Pakistan Quru Qoşunları komandanı Azərbaycana gəlir

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Azərbaycana rəsmi səfər edəcək.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Səfər çərçivəsində Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacağı, hərbi əlaqələrin genişləndirilməsi imkanlarının nəzərdən keçiriləcəyi deyilir.

Bundan öncə Pakistanın Hərbi Hava Qüvvələri Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə Azərbaycana gəlmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button