Dünya

Pakistanda yol qəzası baş verib, ölənlər var

Pakistanın cənub-qərbindəki Bəloçistan əyalətində baş verən avtobus qəzası zamanı azı 18 nəfər ölüb, 30 nəfər də xəsarət alıb.
“Report” “GeoTV”-yə istinadən xəbər verir ki, Sindh əyalətindəki Larkana şəhərindən Bəloçistanın Xuzdar şəhərinə gedən sərnişin avtobusu Xuzdar şəhəri yaxınlığında yüksək sürətlə dönüşə girərək aşıb.
Yerli yarıhərbi dəstələrin bildirdiyinə görə, Xuzdar xəstəxanasına yerləşdirilən yaralılar arasında 6 nəfərin vəziyyəti ciddidir.
Sərnişinlərin sufi məbədindən qayıdan zəvvarlar olduğu da bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button