İqtisadiyyat

Pandemiyadan ən çox zərər görən sahələr açıqlanıb

Pandemiyadan ən çox zərər görən sahələr məlum olub.
APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Rəydə bildirilib ki, məhdudlaşdırıcı tədbirlər nəticəsində ötən ilin II rübündən başlayaraq iqtisadi artım azalma ilə əvəz olunmağa başlayıb, I rüb istisna olmaqla, digər rüblərdə başlıca azaldıcı effekt ötürən sahələr arasında pandemiyanın birbaşa təsiri ilə mehmanxana və restoranlar, dolayı təsiri ilə isə mədənçıxarma sənayesi fərqlənib.
“Dövlət Statistika Komitəsinin məlumatları əsasında tərəfimizdən aparılan hesablamalara əsasən, I rübdə iqtisadi artım qeydə alınsa da, sonradan həyata keçirilmiş tədbirlər səbəbi ilə daxili və xarici tələbdə əhəmiyyətli sıxılma səbəbi ilə iqtisadi azalma özünün III rübündə ən pik səviyyəsinə çatıb.
Pandemiyadan ən çox təsirlənən alt sahələrdən olan mehmanxana və restoranlar II rübdə əvvəlki ilin müvafiq rübü ilə müqayisədə 70%-dən çox azalaraq, ÜDM-in azalmasına təsir edən əsas sahə olsa da, III və IV rüblərdə hasilatın azaldılması ilə əlaqədar olaraq, ən böyük neqativ təsir mədənçıxarma sənayesindən formalaşıb”, – deyə rəydə qeyd olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button