İdman

Pandemiyanın fəsadları, Azərbaycan millisində heyətlərin müqayisəsi və yeni idman növü

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına 16 idman növü üzrə 40 lisenziya qazanıb.
Apasport.az saytının məlumatına görə, bu nəticələr ölkəmizin Olimpiadalar tarixindəki ən yaxşı üç göstəricisi sırasında yer alıb.
Tokio-2020 yalnız ötən iki Olimpiada ilə müqayisədə geri qalır. Bu da başadüşüləndir. Koronavirus pandemiyası səbəbindən yarışların tam keçirilmədiyi, turnirlərə hazırlığın istənilən kimi alınmaması bu rəqəmlərə ciddi təsirini göstərib.
Lisenziya sayı 2012-ci və 2016-cı illərlə müqayisədə geriləsə də, əvvəlki 4 Olimpiadanı arxada qoyub. Növ sayında isə yalnız 5 il əvvəlki turnirdən geri qalıb, 2012-nin nəticəsini təkrarlayıb.
Lakin bir məqam qeyd olunmalıdır ki, həm idmançı, həm növ sayı daim müxtəlif mənbələrdə fərqli göstərilib. Buna obyektiv səbəblər də var. Çünki bəziləri idmançı sayı, bəziləri lisenziya sayı, digərləri iştirak sayını önə çəkir. Güləş, atıcılıq, gimnastika, velosiped idmanı kimi növlərin bəzən bir neçə yerə bölünməsi, bəzən əksi müşahidə olunur.
Növlərə gəlincə, ilk dəfə badmintonda təmsil olunacaq Azərbaycan Olimpiya proqramında yeni olan karatedə də idmançı göndərəcək. 13 ildən sonra stend atıcılığında da təmsil olunmaq imkanı yaradacaq Tokio-2020-də bəzi növlərdəki yerimizi itirmişik. Bunlar velosiped idmanının trek yarışları, akademik avarçəkmə, kanoelərdə avarçəkmə və kamandan oxatmadır.

 

1996

2000

2004

2008

2012

2016

2020

Atletika

4

4

5

2

3

4

2

Atçılıq

1

1

Ağırlıqqaldırma

2

2

5

5

6

Akademik avarçəkmə

2

1

Badminton

1

Bədii gimnastika

1

3

2

1

2

Boks

2

5

9

2

8

11

5

Cüdo

2

4

3

6

8

6

9

Güllə atıcılığı

1

1

1

1

1

1

İdman gimnastikası

1

2

2

Karate

3

Kanoedə avarçəkmə

3

3

Kamandan oxatma

1

Qılıncoynatma

1

1

1

1

1

Sərbəst güləş

6

7

4

10

7

9

5

Stend atıcılığı

1

1

1

1

1

Suyatullanma

1

1

Taekvondo

2

1

2

4

2

Triatlon

1

1

Üzgüçülük

1

2

2

2

2

2

2

Velosiped idmanı, şosse

1

2

1

Velosiped idmanı, trek

1

Yunan-Roma güləşi

2

2

3

6

5

5

2

Cəmi

23

29

37

39

53

55

40

Növ sayı

11

10

12

11

16

17

16

Tokio-2020-yə yollanacaq Azərbaycan idmançıları1. Anna Skidan (atletika, çəkicatma)2. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq)3. Mariya Stadnik (qadın güləşi, 50 kq)4. Şərif Şərifov (sərbəst güləş, 97 kq)5. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)6. Yelizaveta Luzan, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)7. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük)8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük)9. Ruslan Lunyov (güllə atıcılığı, 25 və 50 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma)10. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi)11. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq)12. Nazim Babayev (atletika, üç təkanla tullanma)13. Tayfur Əliyev (boks, 57 kq)14. Hacı Əliyev (sərbəst güləş, 65 kq)15. Hacımurad Hacıyev (sərbəst güləş, 74 kq)16. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)17. Anna Başta (qılıncoynatma, sablya)18. Elis Manolova (qadın güləşi, 68 kq)19. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)20. Fəridə Əzizova (taekvondo, 67 kq)21. Rafael Ağayev (karate, 75 kq)22. İrina Zaretska (karate, +61 kq)23. Edi Reski Dviçahyo (badminton)24. Kəramət Hüseynov (cüdo, 60 kq)25. Orxan Səfərov (cüdo, 66 kq)26. Rüstəm Orucov (cüdo, 73 kq)27. Murad Fətiyev (cüdo, 81 kq)28. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)29. Zelim Kotsoyev (cüdo, 100 kq)30. Uşanqi Kokauri (cüdo, +100 kq)31. Aişə Qurbanlı (cüdo, 48 kq)32. İrina Kindzerskaya (cüdo, +78 kq)33. Rostislav Pevtsov (triatlon)34. Cavid Çələbiyev (boks, 63 kq)35. Lorenzo Sotomayor (boks, 69 kq)36. Alfonso Dominqes (boks, 81 kq)37. Məhəmməd Abdullayev (boks, +91 kq)38. Firdovsi Fərzəliyev (karate, 67 kq)39. Emin Cəfərov (stend atıcılığı)40. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button