Dünya

Paşinyan aprelin sonunda istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin sonunda istefa verəcək. Bu barədə hakim “Mənim addımım” parlament fraksiyasının rəhbəri Lilit Makunts deyib.

Onun sözlərinə görə, istefa günü hələ dəqiqləşdirilməyib, lakin bu, ayın sonunda baş verəcək. Makuntsun qeyd edib ki, hakim qüvvənin seçki siyahısı may ayına qədər tərtib olunmayacaq. “İlk yerdə kim olacağı mənə məlumdur, amma son qərarı “Vətəndaş razılaşması” verəcək. Ümumi siyahının tərkibinə gəlincə, bu məsələni may ayına qədər müzakirə etməyəcəyik”. Makunts siyahıda yeni adların olacağını da istisna etməyib. Xatırladaq ki, 18 martda baş nazir Nikol Paşinyan Ermənistanda 20 iyun tarixində erkən parlament seçkilərinin keçiriləcəyini bəyan edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button