Dünya

Paşinyan general müşavirini işdən çıxardı

Ermənistan silahlı qüvvələri Baş Qərargahı kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyan baş nazirin müşaviri vəzifəsindən azad edilib.

Bununla bağlı baş nazir Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, Arşak Karapetyan Ermənistan Baş Qərargahı kəşfiyyat şöbəsinin rəisi vəzifəsindən Aprel döyüşlərindən sonra çıxarılıb. 17 dekabr 2018-ci ildə Paşinyan onu özünə müşavir təyin etmişdi.

Məlumata görə, Karapetyan 1 mart 2008-ci il hadisələri barədə ifadə verməyə razı olduğu üçün müşavir vəzifəsinə gətirilmişdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button