Dünya

Paşinyan Rusiyaya gedir |

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiya Federasiyasına işgüzar səfər edəcək.
“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.
Bildirilib ki, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında görüş olacaq.
Tərəflərin Rusiya-Ermənistan strateji əməkdaşlığına dair məsələləri, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası vəziyyətini müzakirə edəcəkləri gözlənilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button