Dünya

Paşinyan Sergey Lavrovu gah prezident, gah baş nazir adlandırdı, xanımı güldü

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu əvvəlcə prezident, sonra isə baş nazir adlandırıb.
“Report” xəbər verir ki, hadisə Qexarkunikdə seçkiqabağı mitinqdə çıxış zamanı olub. Paşinyan 15 erməni hərbçinin Azərbaycandan buraxılması və mina xəritəsinin verilməsindən danışıb.
” Nə vaxt ki, prezident… Rusiyanın baş naziri Sergey Lavrov Yerevana gəldi və bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri minalı ərazilər haqqında informasiya ilə bağlı çağırışla çıxış etdi…”, – Paşinyan deyib.
Bu zaman onun arxasında dayanan xanımı Anna Akobyan və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan Paşinyana gülüblər.
Paşinyan hərbçilərin qaytarılmasına görə ABŞ-a, Gürcstan rəhbərliyinə və Avropa üzrə müttəfiqlərə təşəkkür edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button