Dünya

Paşinyanın vətəndaşlarla “izdihamlı” görüşündə fırıldağı aşkarlandı

Ermənistanın baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan Abovyan şəhərinin sakinləri ilə görüşə öz adamlarını göndərib.
Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.
Qeyd edilir ki, həmin şəxslər heç də Abovyan sakinləri olmayıb.
Görüşdə çox az sayda yerli sakin iştirak edib. Özü də onlar mülki geyimli polis əməkdaşları olublar.
Bütün bunlara baxmayaraq, Paşinyanın görüşü insidentsiz keçməyib. Vətəndaşlardan biri Nazirlər Kabinetinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısını satqın adlandırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button