Mədəniyyət

“PEACE BE UPON YOU – SALAM ALEYKUM” adlı layihəyə start verildi

Latviya Respublikasının Azərbaycandakı Səfirliyi, Amerika Birləşmiş Ştatları, BMT, Əfqanıstan İslam Respublikası, Çex Respublikası, Gürcüstan, Macarıstan, Ukrayna, Türküyə, eləcə də, Norveçin Ankaradakı Səfirlikləri ilə birgə əməkdaşlıqla və mədəniyyət sahəsində  fəaliyyət göstərən Azərbaycanın aparıcı təşkilatları və institutlarının iştirakı ilə  müasir incəsənət sahəsində PEACE BE UPON YOU – SALAM ALEYKUM adlı layihə həyata keçirir.

İstiqlal.az xəbər verir ki, 7-17 iyun tarixlərində baş tutacaq  PEACE BE UPON YOU – SALAM ALEYKUM Beynəlxalq Müasir İncəsənət layihəsi çərçivəsində sülhün qorunması və sülhməramlılıq mövzuları bədii formada nəzərdə tutulur.  Müasir incəsənətin aktuallığı və informasiya texnologiyasinın istifadəsi sülh fəalllarının səfərbərliyinə və bütün dünyada  cəmiyyətin on minlərlə nümayəndələrinin beynəlxalq təhlükəsizlik və sülhün qorunması proseslərinə cəlb olunmasına öz töhfəsini verəcək.

Latviyanın Azərbaycandakı Səfiri Daynis Qarançs deyib ki, layihənin proqramına sərgilər, film nümayişləri, təqdimatlar, görüşlər, müzakirələr daxildir. Bildirib ki, müasir cəmiyyəti sülh mədəniyyətinə yenidən yönəltmək bəşəriyyətin ən vacib vəzifəsidir. Münaqişələrin sülh yolu ilə həlli beynəlxalq münasibətlərdə prioritet olaraq qalmalıdır və bu səbəbdən bu gün siyasi münaqişlərin həllində mühüm strateji vasitə olan sülhməramlılığa bərabər layiqli alternativi yoxdur.

Layihənin bədii koordinasiyası Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Sabina Şıxlinskayaya aiddir.

2021-2022-ci illərdə Səfirlik NATO-nun Azərbaycanda əlaqələndirici Səfirliyi kimi ADA Universiteti ilə birgə əməkdaşlıqla  Azərbaycanın Əfqanıstandakı Sülh Əməliyyatlarına dəstəyini qeyd etmək üçün “Azərbaycanın Avro-Atlantik Sülh və Təhlükəsizliyə töhfəsi” mövzusunda beynəlxalq konfrans təşkil edəcək.

Layihə haqqında məlumatları Latviya Səfirliyinin  Facebook və Twitter hesablarından https://www.facebook.com/LVEmbassyAZ  @LVinAzerbaijan

Platform Art  https://www.facebook.com/platformart.live  Facebook səhifəsindən və  Layihənin digər tərəfdaşlarının social media saytlarından əldə etmək olar.

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button