Dünya

Pedro Kastilyo Peruda prezident seçkilərində qalib gəlib

Seçki bülletenlərinin 100 %-nin hesablanmasının nəticəsinə əsasən solçu “Azad Peru” Partiyasından namizəd prezidentliyə namizəd Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
“Report” xəbər verir ki, bu barədə yerli “El Comercio” qəzeti bildirib.
Məlumata görə, Kastilyo 50,125 % seçici səsi yığıb. Onun rəqibi, Perunun sabiq prezidenti Alberto Fuhimorinın qızı Keyko Fuhimori 49,875 % səs toplayıb. Kastilyonu mühafizəkarların seçkilərdəki namizədi Fuhimirodan təxminən 44 min səs ayırıb.
Nəşr qeyd edir ki, indi hakimiyyət namizədlərin seçkilərin gedişatındakı pozuntularla bağlı şikayətlərinə baxmalıdır. Bu prosesin tamamlanmasından sonra kimin qalib gəldiyi qəti aydın olacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button