İdman

“Peresi dinləyəndə onun Robin Qud olduğunu düşünürdüm”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropa Superliqası layihəsi barədə fikrini bildirib.
Apasport.az saytının məlumatına görə, o, İspaniya nəhəngləri “Real” və “Barselona”nı tənqid edib.
Tebas, xüsusən də, “kral klubu”nun prezidenti Florentino Peresin düzgün siyasət yürütmədiyini söyləyib: “Florentino Peresi dinləyəndə onun Robin Qud olduğunu düşünürdüm. “Real” və ya “Barselona” Avropada idarəetmə çempionu oldu. Amma reallıqla heç bir əlaqəsi olmayan Superliqa hekayəsi yaratdılar. Bu yeni Superliqa çox pul qazandırmaz”.
Əgər klublar UEFA nizamnaməsini pozubsa, cəzalandırılmalıdır. “Real”ın Avropa futbolunu və yerli futbolu əlavə yükə salacaq Superliqa haqda düşünməsi məni məyus etdi.
Qeyd edək ki, Avropa Superliqası 12 klub tərəfindən yaradılsa da, “Real”, “Barselona” və “Yuventus”dan başqa digərləri tezliklə yarışdan imtina ediblər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button