İqtisadiyyat

Perm-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlanılıb

Rusiyanın “Ural Airlines” aviaşirkəti Perm-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 7:30-da Perm-Bakı aviareysi üzrə ilk uçuş yerinə yetirilib.
“Əks istiqamət üzrə uçuş saat 11:35-də həyata keçiriləcək. Uçuşlar hər həftənin IV günləri “Airbus” təyyarələri ilə yerinə yetiriləcək”, – hava limanından bildirilib.
Qeyd edək ki, hazırda Bakıdan Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı və Həştərxan şəhərlərinə uçuşlar yerinə yetirilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button