Dünya

Peruda 6 bal gücündə zəlzələ olub

Peruda 6 bal gücündə zəlzələ olub.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Peru Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanlar paytaxt Limanın yaxınlığında yerləşən Mala şəhərinin 33 km cənub-qərbində baş verib.
Hökumət rəsmiləri zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilmədiyini, itki və dağıntının olmadığını bildiriblər.
Qeyd edək ki, “atəş üzüyü” kimi tanınan Peru Sakit Okeanın seysmik qurşağında yerləşir və dünyada ən çox zəlzələ qeydə alınan ölkələrdən sayılır.
2007-ci il avqustun 15-də Peruda baş vermiş 7,9 bal gücündə zəlzələ nəticəsində 595 nəfər ölmüşdü.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button