Dünya

Peruda avtobus dərəyə aşıb, onlarla sərnişin həlak olub

Perunun şimal hissəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 17 sərnişin həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Erepepe” radiostansiyası öz saytında bildirib.
Məlumata görə, hadisə Libertad əyalətində olub. Belə ki, 33 sənişinin olduğu avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi 200 metr hündürlükdən dərəyə aşıb. Yol-nəqliyyat hadisəsi nəticəsində daha 6 sərnişin xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.
Qəza zamanı habelə daha bir neçə nəfər itkin düşüb. Hazırda xilasedicilər itkinlərin axtarışlarını həyata keçirirlər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button