İqtisadiyyat

“Petkim”in xalis mənfəəti 43% artıb

Bu ilin I rübündə “Petkim” neft-kimya kompleksinin (əsas payı SOCAR-a məxsusdur) əməliyyat qazancı 1 225 mln. Türkiyə lirəsi (TL) təşkil edib, bu da öncəki rüb ilə müqayisədə (oktyabr-dekabr 2020-ci il) 56% çoxdur.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Petkim” üzrə xalis mənfəət 892 mln. TL təşkil edib, bu da 2020-ci ilin IV rübü ilə müqayisədə 43% çoxdur.
Cari  ilin ilk rübünün nəticələrini dəyərləndirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov bildirmişdir ki, tibbi ləvazimat və gigiyenik məhsulların istehsalında istifadə edilən xammalın istehsalına diqqəti artıraraq, ilk növbədə, daxili bazarın tələbatı qarşılanmış  və Türkiyənin ilk və yeganə inteqarsiya edilmiş neft-kimya müəssisəsi olaraq yerli sənaye müəssisələrinin tələbləri fasiləsiz yerinə yetirilmişdir.
A. Məmmədovun sözlərinə görə, “Petkim” bu mürəkkəb dövrdə qlobal bazarda baş verən qiymət dalğalanmalarını effektiv bir şəkildə idarə edərək, əldə etdiyi üstünlükləri əməliyyatlarında əks etdirdi.  Qlobal miqyasda xammal qiymətlərinin məhsul qiymətlərindəki artımdan geri qalması da bu müddətdə təsirli olub.
İlin ilk rübündə uğurlu bir maliyyə göstəricisi nümayiş etdirdiklərini bildirən Anar Məmmədov bunu da əlavə edib: “EBITDA (əməliyyat qazancı) rəqəmlərimiz TL bazasında bundan əvvəlki rübə nisbətən 56% artım göstərib. Mürəkkəb bir dövrdə əldə olunan bu göstəricilərdə innovativ həllər ilə əməliyyat məhsuldarlığının yüksəldilməsinin böyük təsiri olub. Zavodlarımızda məhsuldarlığın artması üçün həyata keçirdiyimiz əlavə investisiyaların həcmi 131 mln. TL-yə çatıb.
Maliyyə dayanıqlılığını dəstəkləmək məqsədilə borc ödənişlərinə prioritet verərək, bu dövrdə həyata keçirdiyimiz 478  mln. TL məbləğində xalis maliyyə ödənişi ilə güclü maliyyə strukturumuzun olduğunu göstərdik. Bu yaxınlarda dünyanın ən nüfuzlu iqtisadi mətbuat orqanlarından olan “International Finance” jurnalının açıqladığı Beynəlxalq Maliyyə Mükafatlarında “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görülmüşük. Bu mühüm mükafatın ardınca açıqlanan birinci rüb nəticələrimizin də “Petkim” olaraq nümayiş etdirdiyimiz uğurlu fəaliyyətin bariz göstəricisi olduğunu düşünürük”.
Qeyd edək ki, SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan “Petkim” neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan “Petkim”in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının 7 may 2021-ci il tarixinə olan məzənnəsinə görə, 1 TL 0,2052 AZN təşkil edir.
“Petkim”in 2021-ci ilin I rübü üzrə əsas maliyyə göstəriciləri:

ƏSAS GÖSTƏRİCİLƏR

I rüb, 2021

IV rüb, 2020

Dəyişiklik

Fərq

I rüb, 2021 vs IV rüb, 2020

I rüb, 2021 vs IV rüb, 2020  

Xalis satış həcmi (mln TL)

5 034

4 088

23%

946

Ümumi gəlir (mln TL)

1 220

776

57%

444

Ümumi gəlir marjası (%)

24,2%

19%

5,3

 

Xalis mənfəət (mln TL)

892

625

43%

267

Xalis mənfəət marjası (%)

17,7%

15,3%

2,4

 

EBITDA (mln TL)

1 225

784

56%

441

EBITDA marjası (%)

24,3%

19,2%

5,2

 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button