Cəmiyyət

Peyvənd olunanların sayı açıqlanıb |

İyunun 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 59 499 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 940, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 7 559 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 312 min 715-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 404 min 898, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 907 min 817 nəfərdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button