Gündəm

‘Pfizer’ vaksinindən istifadə başladı

İyunun 7-dən Azərbaycanda vətəndaşlar yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksinindən də istifadə edə biləcəklər.

Bu xəbəri yayan İcbarı Tibbi Sığorta Agentliyinin məlumatına görə, həmin vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasında başlanacaq.

18 yaşından yuxarı və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd edilə bilər.

Azərbaycanda indiyədək, əsasən, “Sinovak” və “Sputnik” peyvəndlərindən istifadə edilib.

“Sinovak” və “Pfizer” vaksinləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button