Dünya

PKK terror təşkilatının rəhbərlərindən biri məhv edildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyat zamanı PKK terror təşkilatının Suriya üzrə məsul şəxsi Sofi Nurəddin adlı terrorçu məhv edilib.
“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısında açıqlayıb: “PKK və YPG-nin Suriyada gizlənən terrorçuların hər biri zərərsizləşdirilənədək əməliyyatlarımız davam edəcək”, – o əlavə edib.
Qeyd edək ki, terrorçu Sofi Nurəddin İraqın Qara bölgəsində 13 günahsız insanın qətlə yetirilməsi əmrini verib. O, Türkiyəyə qarşı bir çox qanlı terror aktlarının təşkilatçısı kimi bu ölkənin güc strukturları tərəfindən axtarışda idi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button