Gündəm

Polad Aslanovun aclıq aksiyasına başladığı bildirilir

1 saylı Cəzaçəkmə Müəssisədə saxlanan məhbus Polad Aslanovun mayın 18-dən aclıq aksiyasına başladığı deyilir.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib: “Həyat yoldaşım Polad Aslanov 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Emin Həsənov tərəfindən daimi təzyiqlərə və qanunazidd qadağalara məruz qalır. Aclıq aksiyasına başladığı ilə bağlı yazılı ərizəsini də təqdim edib”.

G.Aslanovanın deməsinə görə, Ombudsman Aparatına da məlumat verib. Onun vurğulamasına görə, P.Aslanova hamam və telefon qadağasi var.

Amma Ədliyyə Nazirliyi Penitensiar Xidməti mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov “Turan”a hər hansı aclıq aksiyasının keçirilmədiyini söyləyib. Onun vurğulamasına görə, P.Aslanova müəssisə rəhbərliyi, digər məhbuslara olduğu kimi, qanun çərçivəsində münasibət göstərir.

Xatırlatma

2020-ci ildə xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 16 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib. Amma P.Aslanov özünü təqsirli bilmir, ittihamın da saxta olduğunu deyir. Onun sözlərinə görə, məhz rəhbərlik etdiyi saytda dərc edilən yazılara görə cəzalandırılıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button