Dünya

Polşa prezidenti Gürcüstana səfər edəcək

Sabah Polşa prezidenti Andjey Duda xanımı Aqata Kornhauser-Duda ilə birgə Gürcüstana ikigünlük səfər edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, o, Tbilisidə Gürcüstanın Müstəqillik gününə həsr olunan mərasimdə iştirak edəcək.
A.Duda tədbirdə çıxış edəcək, Gürcüstanın milli bayramına həsr olunan qala konsertə qatılacaq.
Mayın 27-də Polşanın dövlət başçısı gürcü həmkarı Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlament sədri Kaxa Kuçava ilə görüşlər keçirəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button