Dünya

Polşada sərnişin təyyarəsinin “qaçırılması” təlim epizodu olub – YENİLƏNİB

Polşada “Boeing 737-86X” təyyarəsinin “qaçırılması” təlim epizodu olub.
“Report” xəbər verir ki, təlimin planı Polşa Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Təyyarənin “qaçırılması” ölkədə mayın 17-dən 21-dək keçirilən “Renegade/Sarex-21” təlimlərinin çərçivəsində baş tutub.
“Təlim əsnasında dörd epizod məşq ediləcək. Birinci epizod milli təhlükəsizliyə təhlükə yaradan terror hücumunun təşkili üçün vasitə kimi istifadə olunacaq mülki təyyarənin qaçırılması ilə əlaqəlidir”, – məlumatda deyilir.
13:24
Polşa Hərbi Hava Qüvvələrinə məxsus “Boeing 737-86X” sərnişin təyyarəsi qaçırılma siqnalını verib.
“Report” xəbər verir ki, bu barədə “OpenSky Alerts” portalı məlumat yayıb.
Pilot dispetçerə “7500” kodunu göndərib. Bu, təyyarənin qaçırılması deməkdir. Hazırda layner Polşa ərazisi üzərində, Çexiya ilə sərhədin yaxınlığında uçur.
Məlumat hələ ki, rəsmi olaraq təsdiqlənməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button