İqtisadiyyat

Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb

lk dəfə olaraq Gürcüstanın Poti limanından Özbəkistanın paytaxtı Daşkəndə konteyner blok qatarı yola salınıb. Qatarın Poti-Daşkənd marşrutu üzrə operatorları Gürcüstanın “GR Logistics and Terminals”, Azərbaycanın “ADY Konteyner”, Türkmənistanın TULM və Özbəkistanın “Ozbektemiryolekspeditsiya” şirkətləridir.
“ADY Konteyner”dən “APA-Economics”ə verilən məlumata görə, tranzitlə Azərbaycan ərazisindən keçəcək qatar hər biri 40 futluq olmaqla 58 konteynerdən ibarətdir. Qatarla Orta Asiyaya  Avropa İttifaqı ərazisində istehsal olunmuş  alüminium tərkibli sənaye məhsulları daşınır.
Konteynerlər Bakı limanına çatdıqdan sonra operatoru “ADY Konteyner” şirkəti olan  fider gəmisi vasitəsilə Türkmənbaşı limanına göndəriləcək. Daha sonra qatar Türkmənistan və Özbəkistan dəmir yolları vasitəsilə yoluna davam edəcək. 
Bu layihə üzrə ümumilikdə 200 ədəd konteyner daşınacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button