Cəmiyyət

Prezident: Bir çox hallarda ölkədə gedən prosesləri jurnalistlərdən eşidirəm

“Sizi həmişə dəstəkləmişəm. Sizə təşəkkür edirəm ki, belə çox aktual mövzuları qabardırsınız. Bir çox hallarda ölkədə gedən prosesləri mən sizdən eşidirəm, sizdən görürəm. Bu, özlüyündə artıq icra orqanlarını daha da məsuliyyətli olmağa sövq edir”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada jurnalistlərlə söhbətində deyib.
Dövlət başçısı daha sonra deyib: “Əgər siz bu müharibə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmasaydınız, ümumiyyətlə, məsələ ilə bağlı fikir elə təhrif edilmiş kimi qalacaqdı. Siz yaxşı xatırlayırsınız, o vaxt dünya mediasına bizim çıxışımız yox idi. Tək siz gəlmişdiniz, siz də foto çəkirdiniz. Amma ermənilər bütün imkanlardan istifadə edib bütün ölkələrdə olmazın yalanları yayırdılar. İndi isə artıq müharibə ilə bağlı həqiqətləri siz çatdırmısınız, mən çatdırmışam. Qəhrəman hərbçilərimiz də bax, o qayalara dırmaşaraq düşməni buradan qovub”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button