Gündəm

Prezident hərbçilərin maaşı ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezident əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına əlavələr iyulun 1-dən ediləcək.

Prezidentin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində 5 il müddətində Müdafiə Nazirliyi tərəfindən ödəniləcək.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button