Dünya

Prezidentin qətlindən sonra ABŞ-ın Haitidəki səfirliyi bağlanıb

Haiti prezidenti Jovenel Moizin qətlə yetirilməsindən sonra ABŞ-ın paytaxt Port-o-Prens şəhərindəki səfirliyi müvəqqəti bağlanıb.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
“Təhlükəsizliklə bağlı hazırkı vəziyyəti nəzərə alaraq ABŞ səfirliyi ABŞ vətəndaşlarının işə qəbulunu məhdudlaşdırır. Konsulluq xidmətlərinin göstərilməsi də daxil olmaqla, bu gün səfirlik işləməyəcək. Xahiş edirik, xüsusi ehtiyac olmadan səfirliyin yerləşdiyi Tabarr rayonuna səfər etməyəsiniz”, – diplomatik missiyanın müraciətində deyilir.
Qeyd edək ki, naməlum şəxslərin iqamətgaha hücumu nəticəsində Haiti prezidenti Jovenel Moiz qətlə yetirilib. Baş nazir vəzifəsini icra edən Klod Jozef təhlükəsizlik baxımından ölkədə vəziyyətin Haiti polisi və silahlı qüvvələrinin nəzarəti altında olduğunu bildirərək əhalini sakit olmağa çağırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button