Gündəm

Putin Əliyevə zəng vurub

Mayın 10-da Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərmiş veteranlara dərin minnətdarlıq bildirilir.

“Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib. Söhbət zamanı dövlət başçıları müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyini vurğulayıblar”, – məlumatda yazılıb.

Bu gün, mayın 10-da Rusiya xarici işlər naziri Sergey Lavrovun da Azərbaycana gəlişi gözlənir. Onun Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla və prezident İlham Əliyevlə görüşü nəzərdə tutulur.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button