Dünya

Putin Baydenin ona qatil deməsindən narahat deyil

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Co Baydenin onunla bağlı qalmaqallı açıqlamalarından narahat olmadığını söyləyib.
“Report” xəbər verir ki, bu barədə Putin “NBC”yə verdiyi müsahibəsində bildirib.
Qeyd edək ki, Bayden Putini qatil adlandırmışdı.
“Mən həmişə Rusiya xalqının və Rusiya dövlətinin maraqları naminə fəaliyyət göstərmişəm. Fərqli etiketlər isə narahat olduğum bir şey deyil. Prezident Bayden, əlbəttə ki, Trampdan çox fərqlənir. Ağ evin hazırkı rəhbəri praktiki olaraq ömrünün böyük hissəsini siyasətə həsr edib. Ümid edirəm ki, amerikalı həmkarım heç bir impulsiv addım atmayacaq”, – Putin deyib

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button