Siyasət

Putin İlham Əliyevi və Azərbaycanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan vətəndaşlarını Böyük Vətən Müharibəsində qələbənin 76 illiyi münasibətilə təbrik edib.

Savash.org bildirir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

“Bu gün bizim mənəvi borcumuz o sərt illərin hadisələrini yaşatmaq və gənc nəsillərə ötürməkdir. Biz birlikdə tarixi təhrif etmək və saxtalaşdırmaq, Böyük Vətən müharibəsinin nəticələrini yenidən nəzərdən keçirmək, faşistlər və onların əlaltıları tərəfindən törədilmiş dəhşətli cinayətlərə haqq qazandırmaq üçün hər hansı cəhdlərə qarşı qətiyyətlə mübarizə aparmalıyıq”, – deyə V.Putin qeyd edib.

Rusiya Prezidenti əmin olduğunu bildirib ki, sərt hərbi illərdə möhkəmlənmiş qardaşlıq dostluğu və qarşılıqlı yardım ənənələri ölkələrimiz və xalqlarımız arasında konstruktiv, mehriban qonşuluq münasibətlərinin qurulması və inkişafı üçün sarsılmaz əsas olub və olaraq qalır.

Vladimir Putin Böyük Vətən müharibəsi veteranlarına və arxa cəbhədə zəhmət çəkənlərə səmimi minnətdarlıq sözlərini çatdırıb, onlara sağlamlıq, rifah, ruh yüksəkliyi və uzun ömür arzulayıb.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button