İqtisadiyyat

PwC və “PAŞA Bank” post-pandemiya dövründə biznesin transformasiya proseslərini müzakirə edib

“PwC Azərbaycan” şirkəti “PAŞA Bank” ilə birgə pandemiyadan sonrakı dövrdə biznes dəyişiklikləri və meqatendensiyalar mövzusunda hibrid konfrans təşkil edib. Görüş canlı müzakirə və onlayn yayımı əhatə edən innovativ formatda təşkil edilib. Tədbirdə özəl və dövlət sektorlarından 70-dən çox rəhbər iştirak edib.
Gələcəyə uyğunlaşma və qeyri-müəyyən zamanlarda aktuallığın qorunub saxlanması – bu, PwC və “PAŞA Bank”ı təmsil edən məruzəçilərin konfransdakı çıxışlarının əsas mesajı olub. Konfransda əsas məruzələrlə “PAŞA Bank”ın İdarə Heyətinin üzvü Cəlal Orucov və PwC-nin Çexiya ofisinin məsləhət xidmətləri üzrə partnyoru Mayk Cenninqs çıxış edib, PwC-nin partnyoru, Azərbaycan üzrə Məsləhət Xidmətləri Departamenti və Avrasiya üzrə Texnologiya Lideri Emin Şıxqayıbov, “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Cavid Quliyev və “PAŞA Bank”ın İdarə Heyətinin üzvü Cəlal Orucovun iştirakı ilə panel müzakirələri keçirilib. PwC Azərbaycan şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev panel müzakirələrin moderatoru qismində çıxış edib.
Tədbirin moderatoru Mövlan Paşayev PwC-nin ADAPT yanaşmasından danışıb və “PwC Azərbaycan”ın 4-cü İllik Qlobal CEO Sorğusunun əsas nəticələri barədə müzakirələr aparıb.
“PwC Azərbaycan”ın keçirdiyi 4-cü illik CEO Sorğusunda “121 CEO-nun cavablarına görə, CEO-ların 60% rəqəmsal transformasiyaya sərmayə qoymağı planlaşdırır, onların 67% isə hesab edir ki, ixtisaslı, savadlı və adaptasiya olunan işçi qüvvəsi biznesin əsas prioritetidir.
Bu, Azərbaycanda CEO-ların süni intellektə, robototexnikaya və digər yeni texnologiyalara əsaslanan sürətlə inkişaf edən ölkələrin iqtisadiyyatlarında gələcək uğurlar üçün rəqəmsallaşdırma və ixtisasartırma işlərinin həlledici əhəmiyyət daşıdığını nəzərə alsaq, birbaşa göstəricidir”, – deyə M. Paşayev bildirib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button