Cəmiyyət

Qəbələdə avtomobillər qoyun sürüsünü vurub, heyvanlar tələf olub – YENİLƏNİB

Video əlavə olunub.
17:09
Qəbələ rayonunda yol-nəqliyyat hadisəs baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qəbələ-Ağdaş yolunun 18-ci km-də, rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.
Belə ki, sürücü Məhəmməd Mehdizadə Ağdaş rayonu istiqamətində hərəkətdə olarkən “VAZ-2107” markalı avtomobillə yola çıxmış qoyun sürüsünü vurub. Daha sonra sürücü idarəetməni itirərək, avtomobili yolun kənarına aşırıb.
Bundan başqa eyni istiqamətdə hərəkətdə olan Aydın Qurbanovun idarə etdiyi “Mercedes” markalı avtomobil də qoyun sürüsünü vurub.
Nəticədə Qaradeyin kənd sakini Knyaz Hüseynova məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub.
Faktlarla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button