Cəmiyyət

Qəbul imtahanlarında qayda pozan nəzarətçilərin sayı açıqlanıb

Ötən tədris ilində qəbul imtahanlarında qayda pozuntusuna yol verən nəzarətçilərin 34,5%-i ibtidai təhsil, 14%-i tarix müəllimləridir.
“Report” xəbər verir ki, 2019-cu ildə belə hallara yol verənlərin 20,9%-i ibtidai təhsil, 14,9%-i ingilis dili, 12,3%-i tarix, 9,8%-i ana dili və ədəbiyyat, 6,8%-i kimya, 3,8%-i əmək təlimi müəllimləri idi.
İlk dəfə ali təhsil müəssisələrinə qəbul imtahanlarının keçirildiyi Ağstafa, Qazax, Şəmkir, Sabirabad, Cəlilabad, Masallı, Kürdəmirdə köçürmə hallarına daha çox şərait yaradılıb.
Qəbul imtahanlarına yeni cəlb olunan rayonların nəzarətçilərinin ilk iştirak etdiyi dövrlərdə qayda pozuntularına daha çox yol verdiklərini Gəncə (2010-cu il), Mingəçevir (2010-cu il), Şirvan (2013, 2014-cü il), Xaçmaz (2014-cü il) kimi rayonların timsalında demək olar.
Qayda pozuntusuna yol verən nəzarətçilərin ümumi sayı 142, ciddi qayda pozuntusuna yol verənlərin sayı isə 20 nəfərdir.
Keçən il qəbul imtahanlarında əvvəlki illərin məzunlarının yerləşdiyi zallarda yol verilən qayda pozuntusu halları ilə ötən il məzunlarının yerləşdiyi zallarda yol verilən qayda pozuntusu hallarının faiz nisbətində ciddi fərq var.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button