Cəmiyyət

Qərb bölgəsində güclü külək və yağıntılı hava şəraiti fəsadlar törətdi

Qeyri-sabit hava şəraiti Azərbaycanın qərb bölgəsində bir sıra fəsadlar törədib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, güclü külək nəticəsində Gəncə şəhərində bir neçə ağac aşıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Eyni zamanda bir neçə fərdi evin dam örtüyü zərər görüb, bəzi yaşayış massivlərinə qazın verilməsi dayandırılıb.
Qazax rayonunda dolu və güclü yağış yağıb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə qismən ziyan dəyib. Analoji vəziyyət Daşkəsən, Gədəbəy və Göygöl rayonunda da müşahidə olunur.
Hazırda bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button