İqtisadiyyat

Qərb mediası və internet xidmətlərində yaranan nasazlıq aradan qaldırılıb

Qərb mediasında və internet xidmətlərində baş verən problem aradan qaldırılıb.
“APA-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın “bulud” hesablamaları provayderi “Fastly” şirkətinin açıqlamasında deyilir.
Qeyd olunur ki, nasazlıq yerli vaxtla saat 10:57-də (Bakı vaxtı ilə 14:57-də) aşkar edilib və artıq aradan qaldırılıb. Nasazlığın səbəb bildirilmir. Problemlər təxminən bir saat ərzində müşahidə edilib.
Xatırladaq ki, iyunun 8-də “Financial Times”, “The New York Times”, “Bloomberg News”, CNN, WSJ və digər nəhəng media saytlarının işində problemlər yaranıb. Bundan başqa, “Amazon”, “Spotify”, “Twitch”, “Reddit”, “Stackoverflow”, “GitHub”, “PayPal” və digər internet xidmətlərinin veb-səhifələrində də dayanmalar qeydə alınmışdı. Daha əvvəl “Financial Times” qəzeti nasazlığın səbəbini “Fastly” CDN provayderində qeydə alınmış qəza olub.
15:32
Çərşənbə axşamı bir sıra Qərb mediası və xidmətlərinin, xüsusən Britaniyanın internet səhifələri açılmır. Bəzi KİV və servislərin səhifələrinin hazırda da işləməməsinin şahidi olmaq mümkündür.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, xüsusilə, Britaniya hökumətinin veb-saytı açılmır. Bir müddət öncə isə “Financial Times” qəzetinin veb-səhifəsi işləmirdi. “The Guardian” qəzeti “Twitter” səhifəsində qeyd edib ki, qəzetin saytı və mobil tətbiqi hazırda internetin miqyaslı kəsilməsi səbəbindən açılmır.
“Downdetector” portalının məlumatına görə, “The New York Times” qəzetinin elektron versiyasında da nasazlıq yaranıb. Bundan başqa, “Amazon” xidməti və qlobal onlayn ödəmə sistemi “PayPal”la da bağlı problemlər müşahidə olunur.
“Associated Press” hadisənin mümkün səbəbini ABŞ-ın “bulud” xidmətləri təminatçısı “Fastly” şirkətinin işindəki nasazlıqlarla əlaqələndirib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button