Dünya

Qəzza bölgəsindən İsrailə azı 1 750 raket atılıb

Sön dörd gün ərzində İsrail ərazisinə Qəzza zolağından azı 1 750 raket buraxılıb.
“Report” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Qeyd olunub ki, raket zərbələri nəticəsində İsrailin yeddi vətəndaşı həlak olub. Ümumilikdə 523 nəfər müxtəlif xəsarət alıb. Bir çox yaşayış evlərinə, məktəblərə və bağçalara ziyan dəyib.
İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalların 650 əhəmiyyətli hərbi obyektlərinə zərbələr endirib. “HƏMAS” və “İslam cihadı” hərəkatının 100-dən çox yaraqlısı məhv edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button