Dünya

Qəzzadan İsrailə 2,8 mindən çox raket atılıb

Qəzza sektorundan İsrail ərazisinə 2,8 mindən çox raket atılıb, onların çoxu zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (ÇAXAL) rəsmi nümayəndəsi Conatan Konrikus deyib.
“10 may tarixindən bu günə qədər Qəzzadan radikallar tərəfindən İsrail ərazisinə 2 800-dən çox raket atılıb. Bunlardan 430-u Qəzzaya düşərək ziyan və itkilərə səbəb olub. İsrail hərbçiləri buna cavab olaraq radikalların 672 hərbi obyektinə aviazərbələr endirib”, – deyə bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button