Dünya

Qəzzadan İsrailə raket atılıb, xəsarət alan var

Qəzza sektorundan buraxılmış raketin İsrailin cənub sərhəd rayonlarından birinə düşməsi nəticəsində 1 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə İsrailin dövlət radiosu “Kan” bildirib.
Radionun informasiyasına görə, mərmi Qəzza ilə sərhəddə, İsrailin cənubundakı Eşkol regional şurasında yaşayış evinə düşüb. Hadisənin başqa təfərrüatları hələ açıqlanmır.
Daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu dəftərxanası HƏMAS-la atəşkəsin elan olunması barədə informasiyanı təsdiqləyib. Bir sıra mətbu orqanlar bildirib ki, Qəzzada Fələstin qruplaşmaları ilə İsrail arasında atəşkəs rejimi mayın 21-də Bakı vaxtı ilə saat 3:00-da qüvvəyə minəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button