Gündəm

Qadağa olsa da, Arustamyan Bakıya gəlir

Rusiyanın “Matç TV” kanalının futbol şərhçisi Nobel Arustamyan 2020-ci il Avropa çempionatının oyunlarını işıqlandıra bilmək üçün jurnalist akkreditasiyası alıb.

Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram-kanalında məlumat paylaşıb: “İdman şərhçisi Nobel Arustamyan futbol üzrə çempionatda akkreditə olunub. Əla. UEFA, sağ olun”.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) əvvəllər futbol şərhçisinin Dağlıq Qarabağa səfərlərini əsas gətirərək onun Avropa futbol çempionatı oyunları ilə bağlı akkreditasiyadan keçməsinə qadağa qoymuşdu.

AFFA baş verənləri şərh etməyib. Qurumdan “Turan”a deyilib ki, bu məsələ ilə bağlı iyunun 10-da açıqlama yayılacaq.

Pandemiya ilə əlaqədar Avro-2020-nin təxirə salınmış bir neçə oyununa Bakı ev sahibliyi edəcək.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button