Cəmiyyət

Qadın market müdirini siçovul videosu ilə hədələyib pul tələb etdi

Səbail Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini R.Ramazanov iyulun 14-də bir qadının zəng edərək onun müdiri olduğu marketdə çəkdiyi siçovulu sosial şəbəkədə yayacağı ilə hədələyib 300 manat tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Lənkəran rayon sakini S.Tağızadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button