Cəmiyyət

Qala qəsəbəsində sürücü qəza törədib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Novruzov Rüfət Şəmsəddin oğlu idarə etdiyi avtomobili yol qırağındakı maneəyə çırpıb.
O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button