İdman

“Qalatasaray” Paulinyonun ilkin razılığını alıb

“Qalatasaray” braziliyalı Paulinyonu heyətinə qatmaqda israrlıdır.
Apasport.az saytının məlumatına görə, hazırda azad agent statusu daşıyan yarımmüdafiəçi ilə bir çox məsələdə ilkin razılıq əldə olunub.
Daha əvvəl illik 4 milyon avro maaş tələb edən 33 yaşlı orta sahə oyunçusu “cim-bom”un 3 milyonluq təklifinə müsbət cavab verib. Hazırda yeganə problem onun istədiyi imza puludur. Paulinyo transfer vərəqəsi əlində olduğu üçün 1,5 milyon avro nağd qazanc götürmək istəyirsə, “sarı-qırmızılılar”ın təklifi 1 milyondur.
Qeyd edək ki, Çin klubu “Quançjou”dan yenicə ayrılan Paulinyo Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən də təklif alıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button