İdman

“Qalatasaray”ın 12 futbolçusu rəhbərlikdən xəbər gözləyir

“Qalatasaray” 12 futbolçu klub rəhbərliyindən gələcəyi ilə bağlı qərar gözləyir.

Qol.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb. İstanbul təmsilçisində bu mövsümün sonu 7 futbolçunun müqaviləsi başa çatacaq, 5 oyunçunun isə icarə müqaviləsinin müddəti tamamlanacaq.

Nəşr yazıb ki, “Qalatasaray” sözləşməsini yeniləməyi düşündüyü futbolçulardan maaşlarında endirim tələb edəcək. “Cim-Bom” heyətdə görmək istəmədiyi oyunçularla isə yolları ayıracaq.

“Qalatasaray”dan gələcəyi ilə bağlı xəbər gözləyən futbolçular Arda Turan, Rayan Donk, Martin Linnes, Şener Özbayraklı, Emre Taşdemir, Ömer Bayram, Emre Akbaba, Marselo Saraççi, Peter Etebo, Qedson Fernandes, Halil Dervişoğlu, Henri Onyekurudur.

Bildirilib ki, klub bu mövsümün sonu Saraççi və Etebo ilə böyük ehtimalla yolları ayıracaq. Donk, Arda, Ömer, Emre Taşdemir və Emre Akbaba üçün isə məşqçi heyəti ilə rəhbərlik birgə yekun qərar verəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button