İdman

“Qalatasaray”ın Çempionlar Liqasında rəqibi müəyyənləşib

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Türkiyənin bu turnirdəki təmsilçilərindən “Qalatasaray”ın rəqibi müəyyənləşib.
Super Liqada mövsümü ikinci pillədə başa vuran İstanbul təmsilçisi püşkatma zamanı Liqa yolunda səpələnməmişlər sırasında olub. İsveçrənin Nyon şəhərində atılan püşkün nəticəsinə görə, “cim-bom” bu raundda PSV-yə (Niderland) rəqib olub. Bu komandalar arasında ilk oyun səfərdə keçiriləcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları 20-21 və 27-28 iyul tarixlərində baş tutacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button