İdman

“Qalatasaray”ın yeni prezidenti baş məşqçinin adını açıqlayıb

“Qalatasaray”ı növbəti mövsümdə Fatih Terim çalışdıracaq. 
Apasport.az saytının məlumatına görə, bu barədə klubun yeni prezidenti Burak Elmas açıqlama verib. 
O bildirib ki, Fatih Terim sabahdan komanda ilə hazırlıqlara da başlayacaq: “Baş məşqçimizlə görüşdük. Sabah səhərdən komanda ilə evimizdə – Floriyada hazırlıqlara start verəcək. “Qalatasaray”ın baş məşqçisi “Qalatasaray”lı Fatih Terimdir”. 
Qeyd edək ki, Elmas bir gün öncə İstanbul təmsilçisinin prezidenti seçilib. Terimin isə komanda ilə müqaviləsi bitmişdi. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button