Dünya

Qanada qızıl mədəni çöküb, 40-dan çox şəxs axtarılır

Qananın mərkəzi bölgəsindəki qızıl mədənin çökməsi nəticəsində ən azı üç nəfər ölüb.
“Report”un məlumatına görə, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib. Qeyd olunub ki, hadisə Breman şəhərindəki tərk edilmiş böyük mədəndə baş verib.
Şaxtada 40-dan çox şəxsin qaldığı ehtimal edilir. Qeyd olunub ki, xilasedicilər qanunsuz yolla qızıl axtarışında olan yerli sakinləri və ya onların cəsədlərini tapana qədər xilasetmə əməliyyatı davam etdirəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button