Dünya

Qanada quş qripi yayılıb |

Qananın üç bölgəsində quş qripi yayılıb və nəticədə kənd təsərrüfatlarındakı 600 minədək quşa təhlükə yaradıb.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Ərzaq Təchizatı Nazirliyinin Baytarlıq xidmətinin rəhbəri Patrik Abake məlumat verib.
O, epidemiya nəticəsində indiyədək 6 minə yaxın quşun tələf olduğunu, daha 4,5 min quşun da qabaqlayıcı tədbirlər çərçivəsində məhv edildiyini diqqətə çatdırıb.
Nazirlik rəsmisi həmçinin epidemiyanın yayıldığı bölgələr daxilində ev quşlarının daşınmasına qadağa qoyduqlarını, Nigeriya və Toqodan quş idxalını dayandırdıqlarını da vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button