Dünya

Qanada şaxta çöküb, 9 nəfər ölüb

Qananın şimalındakı Yuxarı Şərq vilayətində yerləşən və qızıl hasil olunan şaxtanın çökməsi nəticəsində dağıntılar altında qalmış 9 nəfərin meyiti aşkar olunaraq çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə yerli “Citi Newsroom” nəşri məlumat verib.
Qeyd olunur ki, şaxta mayın 31-də, güclü leysan yağışından sonra çöküb, meyitləri isə bir neçə gün sonra xilasetmə qrupunun işi nəticəsində aşkar edib çıxarmaq mümkün olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button