İdman

“Qarabağ” ilk yoxlama oyununda qələbə qazanıb

Yeni mövsümə Avstriyada hazırlaşan “Qarabağ” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Bolqarıstanın MOİK klubu ilə qarşılaşıb.
Fulpmesdəki görüşün taleyini bir qol həll edib. İkinci hissənin ortalarında rəqib qapısına yol tapan Qurban Qurbanovun yetirmələri Avstriya toplanışına qələbə ilə başlayıb. Bu qola 69-cu dəqiqədə Musa Qurbanlı imza atıb.
Qeyd edək ki, “Qarabağ”  iyulun 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula), 15-də Almaniya “Auqsburq”u ilə qarşılaşacaq.
Yoxlama oyunu7 iyul20:00. “Qarabağ” (Azərbaycan) – MOİK (Bolqarıstan) – 1:0Musa Qurbanlı, 69

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button