İdman

“Qarabağ” məşqçilər korpusu ilə müqaviləni yeniləyib

Ağdamın “Qarabağ” klubu məşqçilər korpusu ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın vitse-çempionu baş məşqçi Qurban Qurbanovun köməkçiləri ilə müqavilələri uzadıb.
“Qarabağ” məşqçilər korpusunda yer alan Elçin Rəhmanov, Müşfiq Hüseynov, Zaur Tağızadə, Elxan Həsənov, Çudomir Çakarov, Mario Mitov və Yanuş Vasilevin anlaşmalarını yeniləyib.
Qeyd edək ki, daha öncə futbolçular Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov, Rahil Məmmədov, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev, Musa Qurbanlı və Filip Ozobiçlə anlaşmalar da uzadılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button